Accessibility links

Praymeri sorğularında Mitt Romni öndə gedir


Praymeri sorğularında Mitt Romni öndə gedir
Praymeri sorğularında Mitt Romni öndə gedir

Ayova ştatında keçiriləcək Respublikaçı praymeriyə üç gün qalmış prezidentliyə iddialılar arasında Mitt Romni öndə gedir. Rəy sorğusunu Des Moines Register açıqlayıb.

Müşahidəçilərin diqqətlə izlədiyi yarışda Rik Santorum gözlənilmədən Nümayındələr Palatasının sabiq spikeri Nyu Gingriçi üstələyib. Rəyi soruşulanların 41 faizi deyir ki, onlar hələ də öz fikirlərini dəyişə bilərlər.

Çərşənbə axşamı ilə cümə günü arasında keçirilmiş sorğuda respondentlərin 24 faizi Romniyə, 22 faizi Ron Pola, 15 faizi isə Santoruma dəstəyini ifadə edib. Çərşənbə axşamı Ayovada Respublikaçıların prezident Obamaya rəqib seçəcəyi adamın müəyyənləşdirilməsi uğrunda ilkin seçkilər keçiriləcək.

Ənənəvi olaraq Ayova praymerilərin keçirildiyi ilk məkandır. ABŞ-ın hər bir ştatında namizədin müəyyən edilməsi üçün praymeri keçirilir. Amma ilkin ştat olaraq Ayovanın böyük simvolik əhəmiyyəti var.

XS
SM
MD
LG