Accessibility links

Praymerilərə bir ay qalmış Respublikaçı iddialılar debat keçirdilər


Praymerilərə bir ay qalmış Respublikaçı iddialılar debat keçirdilər
Praymerilərə bir ay qalmış Respublikaçı iddialılar debat keçirdilər

Respublikaçılar Partiyasından prezidentliyə iddialılar ilk praymerinin keçiriləcəyi Ayova ştatında növbəti debata çıxıblar.

Nümayəndələr Palatasının keçmiş spikeri Nyut Gingriç son zamanlar rəy sorğularında önə çıxıb.

Gingriçin əsas rəquibi Mitt Romni onu Vaşinqton yetirməsi kimi təsvir edərək iqtisadiyyatdan başı çıxmadığını deyib.

Gingriç siyasi göstəricilərini önə çəkərək özünün nailiyyətli siyasətçi olduğunu bildirib.

O, bir həftə bundan öncə fələstinlilərin “ixtira olunmuş” millət olduğu haqda dediklərini yenidən təkrar edib. Sabiq spiker fələstinliləri “terrorçu” adlandıraraq onların “öz məktəblərində uşaqlara terrorizm öyrətdiyini” bildirib.

Təqribən bir ay sonra Ayovada Respublikaçılar partiyasından prezidentliyə namizədin müəyyən edilməsi üçün ilk praymeri seçkiləri keçiriləcək.

XS
SM
MD
LG