ABŞ prezienti Barak Obama respublikaçıların onun xarici siyasətinin sakitləşdirməyə əsaslandığı barədə ittihamlarını rədd edib. Amerika prezidentliyinə respublikaçı namizədlərin onun adminisrasiyasının xarici siyasətinin yumşaqlığına dair iddiaları barədə prezident deyib ki, Əl-Qaidə lideri Üsamə Bin Laden və digər 20 terrorçu onun administrasiya dövründə öldürülüb. Bu gün Ağ Evdə dövlət başçısı müxbirlərin Avropanın iqtisadi böhranına dair sualları da cavablandırıb. O deyib ki, Avropa İttifaqının böhranı həll etməsi üçün Avropa kifayət qədər sərvətə malikdir və maliyyə probleminin həlli siyasi iradədən asılıdır.