Suriyada iki bomba hücumu nəticəsində 44 adam həlak olub, 150 insan yaralanıb. Dövlət televiziyasının məlumatında hücumların iki maşına yerləşdirilmiş partlayıcı qurğularla həyata keçirildiyi bildirilib. SANA xəbər agentliyinin bildirdiyinə görə, paytaxtda həyata keçirilən hücumlar terror aksiyası kimi qiymətləndirilir. Bir sıra şəhərlərdə hücumalara etiraz aksiyası təşkil edilib. Şahidlərin dediyinə görə partıayışlardan sonra güclü atışma olub. Suriya rəsmiləri hücuma görə Əl-Qaidə yaraqlılarını günahlandırır. Hücum ABŞ tərəfindən də qınanılıb.
Bu arada, Ərəb Liqasının nümayəndə heyəti müçahidəçi qrupunun Suriyaya göndərilməsi üçün o ölkəyə səfər edib. Suriya müxalifəti müşahidəçi missiyasını tənqid edərək, bunun hökumətin sanksiyalara mane olunması taktikası kimi qiymətləndirir.