Türkiyə iğtişaşlar davam etsə və Dəməşqə qarşı embarqo qüvvəyə minsə, Yaxın Şərqdə ticarət yollarını dəyişərək, tranzit ölkə kimi Suriya deyil, İraqdan istifadə etməyə başlayacaq. Türkiyənin nəqliyyat naziri Binəli Yıldırım bu gün deyib ki, əgər lazım gələrsə onun ölkəsi İraqla sərhəddə yeni keçid məntəqələri açacaq.
Ərəb Liqası və Avropa Birliyinin yeni sanksiyaları ilə üzləşməyəcəyinə ümid edən Suriya Yaxın Şərqdə tranzit yollarının keçdiyi əsas ölkədir. Türkiyə Yaxın Şərqlə ticarət əlaqələrini Suriya ərazisindən tranzit yollar vasitəsilə həyata keçirir.
Suriya ilə 800 km-lik sərhədi olan Türkiyə Ərəb Liqasının bu yaxınlarda Suriyaya qarşı açıqlayacağı sanksiyaları dəstəkləyib və Suriyaya qarşı öz tərəfindən sanksiyalar həyata keçirməyi planlaşdırır.