Accessibility links

Türkiyə də Suriyaya sanksiyalar tətbiq etdi


Türkiyə də Suriyaya sanksiyalar tətbiq etdi
Türkiyə də Suriyaya sanksiyalar tətbiq etdi

Türkiyə hökuməti Suriya liderlərinin bank hesablarını dondurduğunu və 8 aydır etiraz aksiyası keçirən hökumət əleyhdarlarına qarşı zorakılıqlara son qoyması üçün təpkiləri artırdığını bildirib.

Türkiyə xarici işlər naziri Ahmet Davudoğlu sanksiyaları bu gün mətbuat konfransı zamanı açıqlayıb. Sanksiyalara Suriya mərkəzi bankı ilə əlaqələrin kəsilməsi, ölkəyə silah daşınmasına qadağa və iki ölkə arasında strateji əməkdaşlıq sazişini ləğv etmək daxildir.

Mart ayında iğtişaşlar baş qaldıranadək Türkiyə hökuməti Suriya prezidenti Bəşar Əl-Əsədin hökuməti ilə yaxın dostluq əlaqələrinə malik idi. Davutoğlu bildirib ki, indi rejim yolun sonuna gəlib.

Qeyd edək ki, Türkiyədən əvvəl Ərəb Liqası da Dəməşqə presedenti olmayan maliyyə və siyasi sanksiyaları qəbul etmişdi. Ötən bazar günü sanksiyalar barədə keçirilən səsvermədə yalnız İraq və Livan bitərəf qalıb.

Suriyanln informasiya naziri Adnan Mahmud bildirib ki, ölkənin özü hər şey qadirdir və sanksiyalara tab gətirmək üçün yetərli qədər əsas təchizatlara və ərzaq ehtiyatlarına malikdir.

XS
SM
MD
LG