Accessibility links

Türkiyə:Suriya hökuməti gördüyü işlərin hesabını ödəyəcək


Türkiyə:Suriya hökuməti gördüyü işlərin hesabını ödəyəcək
Türkiyə:Suriya hökuməti gördüyü işlərin hesabını ödəyəcək

Suriya Ərəb Liqasından çıxarılıb

Türkiyə və Ərəb Liqasının üzvləri Suriya hökumətinin nümayişçilərə divan tutmasına qarşı kəskin ölçülərə çağırıb. Mərakeşdə görüşən Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu və Ərəb Liqasının üzvləri Suriyaya qarşı əlavə sanksiyalar tətbiq edilməsi məsələsini müzakirə edib. Davotoğlu deyib ki, Suriya hökuməti gördüyü işlərin hesabını ödəyəcək. Qətərin xarici işlər naziri isə bildirib ki, liqa üzvlərin qan tökülməsinin qarşısının alınması yollarını araşdırır. Suriya liqanın onun üzvlüyünü ləğv etməsindən sonra danışıqları boykot edib. Üzlüyün ləğvi bu gündən qüvvəyə minib.

XS
SM
MD
LG