Accessibility links

Suriyada 80 adam həlak olub (YENİLƏNDİ)


Suriyada 80 adam həlak olub (YENİLƏNDİ)
Suriyada 80 adam həlak olub (YENİLƏNDİ)

Suriya insan haqları qrupu bildirir ki, ötən 24 saat ərzində ölkənin cənubunda baş vermiş zorakılıq dalğasında 80 adam həyatını itirib. Bu, səkkiz ay öncə Bəşar əl-Əsəd hökumətinə qarşı üsyan başlanandan bəri ən ölümcül gün sayılır.

Britaniyada qərargahlanan Suriya İnsan Haqları Müşahidə qrupu Dəra vilayətində ordudan qopmuş qüvvələrlə döyüşdə 34 hökumət əsgərinin və 18 müxalifət döyüşçüsünün öldürülüdüyünü xəbər verir. Suriya qüvvələri Həma və Homs regionlarında çox sayda mülki vətəndaş qətlə yetiriblər.

Əsəd hökuməti xarici jurnalistləri ölkəyə buraxmadığına görə itkilərin müstəqil mənbələr tərəfindən təsdiqi mümkün deyil. Hüquq müdafiəçiləri bu ayın əvvəlindən bəri Suriyada 200 adamın öldürüldüyünü xəbər verirlər.

Azad Suriya Ordusu adlanan qurum ordudan qopmuş əsgərlərin hökumətə qarşı hərbi əməliyyatlara cəlb olunduğunu xəbər verir.

XS
SM
MD
LG