Türkiyə fransız qanunvericiləri bir əsr bundan öncə erməni qətliamının genosid olduğunu inkar etməyi qadağan edən qanun layihəsi rədd etməyə çağırıb.
Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Fransa senatorlarını siyasi maraqlarından uzağı düşünməyə çağırıb.
O, deyib ki, bu qanun Fransanın intellektual tarixinə "qara ləkə" kimi düşəcək, və Türkiyə hər zaman bunu Fransanın yadına salacaq.
Fransa senatı qanun layihəsini gələn həftə müzakirə etməyi nəzərdən keçirir. Fransanın aşağı qanunverici palatası qanunu ötən ay qəbul edib.
Bu həftənin əvvəlində Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğana məktub ünvanlayan Nikola Sarkozi qanun layihəsinin konkret ölkəni hədəf almadığını bildirib.