Türkiyə və Avropa İttifaqı üzvlüyə dair danışıqları bərpa edib

  • Amerikanın səsi

Türkiyə və Avropa İttifaqı arasında bir neçə illik fasilədən sonra quruma üzvlüklə bağlı danışıqlar bərpa olub.

Avropa İttifaqının genişlənmə məsələləri üzrə xüsusi nümayəndəsi Stefan Fülenin bildirdiyinə görə, danışıqlara yenidən başlanması prosesə fərqli dinamika gətirəcək və münasibətlərin inkişafına impuls verəcək.

Stefan Fele bu açıqlamanı danışıqların bərpasını elan etmək üçün Ankaraya səfəri verib. Birgə mətbuat konfransı zamanı Türkiyənin Avropa İttifaqı məsələləri naziri Egemen Bağış və Stefan Fuele bildiriblər ki, danışıqların bərpa edilməsinin əsas məqsədi prosesin inkişafı etdirilməsi və Türkiyənin siyasətinin birliyin siyasətinə yaxınlaşdırılmasından ibarətdir.

Egemen Bağış habelə bildirib ki, prosesdə durğunluq hər iki tərəfin narazılığına səbəb olmuşdur.

Türkiyə rəsmiləri prezident Abdulla Gül və Fransa prezidenti Fransua Olland arasında gələn həftə Çikaqoda NATO sammiti çərçivəsində görüş keçiriləcəyini bildiriblər.

Türkiyə və Avropa İttifaqı birliyə üzvlüyə dair danışıqlara 2005-ci ildə başlamışdır. Lakin danışıqlarda Kipr problemi, habelə Fransa və Almaniyanın müsəlman Türkiyənin üzvlüyünə etirazına görə durğunluq yaranmışdır.