Accessibility links

Türkiyədə kamikadze hücumu nəticəsində 2 polis işçisi həlak olub


Türkiyə mətbuatının yazdığına görə, kamikadze hücumu nəticəsində 2 polis işçisi həlak olub, 16 nəfər insan xəsarət alıb. Hadisə Kayseri vilayətinin Pınarbaşı şəhərinin polis idarəsi yaxınlığında baş verib. Xəbərdə hücumun maşınla həyata keçirildiyi bildirilir.

Hücumun məsuliyyətini üzərinə alan olmayıb. Hadisə qurbanlarının adı açıqlanmır.



XS
SM
MD
LG