Asılan şəxslərin 25-65 yaş arasında olduğu bildirilir.
Mayın 21-də İranda narkotik maddələrin satışında və qaçaqmalçılığında təqsirli bilinərək ölümə məhkum edilmiş 14 nəfər dar ağacından asılıb.
“Media forum” saytının məlumatına görə, edam Tehranın Evin zindanında reallaşdırılıb. Asılan şəxslərin 25-65 yaş arasında olduğu bildirilir. Onlardan ikisi Əfqanıstan vətəndaşıdır.
Edam olunanların adları belədir: Əmrəddin Hidayəti, Əli Xas Pərizadə, Həsən Nağızadə Vərzəqani, Pərviz İmami Müqəddəm, Həmid Yari, Məhəmməd İbrahim İbrahimi, Məhəmmədəli Baiman, Mustafa Gülüstani, Nəcəf Fəthi Bizdan, Abbasəli Fətullahi, Əhməd Xosrəvi, Qulamhüseyn Sənçuli, Seyid Əhməd Şahuzehi və Məcid Ağayi.