50-dən çox fəal həbs edilib
İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları fevralın 24-də axşam saatlarında Təbriz şəhərində kütləvi həbslər həyata keçirib.
APA agentliyinin məlumatına görə, ETTELAAT-ın 40-dan çox əməkdaşı saat 20:30-da Təbrizin Qolşəhr məhəlləsində yerləşən “Yanar” çay evinə basqın ediblər. Nəticədə 50 nəfərdən çox azərbaycanlı fəalın həbs olunduğu bildirilir. Hazırda tutulanlardan yalnız Salar Turi, Məhəmməd Əmiri və Əli Şirnakın adları məlumdur, digər azərbaycanlı fəalların adları dəqiqləşdirilir.
Qeyd edək ki, fevralın 26-da Təbrizin “Traktorsazi” komandası Asiya Çempionlar Liqasının qrup oyunları çərçivəsində “Səhənd” stadionunda Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Cəzirə” klubunu qəbul edəcək. Eyni zamanda 108 nəfər azərbaycanlı fəal İranın Şərqi Azərbaycan vilayətinin Ermənistanla əlaqələrini genişləndirməsinə etiraz olaraq müraciət imzalayıb. Həbslərin bu iki səbəbdən həyata keçirildiyi ehtimal edilir.