Təbrizdə iki azərbaycanlı fəal, Arəş və Siyavəş Məhəmmədli qardaşları azadlıqdan məhrum edilib.
İranın İnsan Haqları Fəallarının Xəbər Ajansı-HRANA və Güney Azərbaycan Xəbər Mərkəzinin bildirdiyinə görə, Arəş bir il, Səyavəş isə üc ay müddətinə həbsə məhkum edilib. Onlara qarşı nə kimi ittihamlar irəli sürüldüyünə dair məlumat verilmir.
Məhəmmədi qardaşları sentyabr ayının 25-də sənədləri ilə bağlı İnqilab məhkəməsinə müraciət edərkən nəzarət altına alınmışdı. Onların apellyasiya məhkəməsinə mürəciət edib-etməyəcəkləri barədə də məlumat verilmir.
İran qanunlarına əsasən məhkəmnin hökmü 20 gün ərzində apellyasiya edilə bilər.
Hər ikisi də universitet tələbəsi olan qardaşlar 11 ay əvvəl həbs edilmiş, lakin bir müddətdən sonra zaminə buxaılmışdılar.