Iranın Şərqi Azərbaycan vilayətinin polis idarəsinin rəisi Məhəmməd Qasımlının bildirdiyinə görə, Təbrizdə 7 bloger həbs edilib. Onlar qanunsuz əlaqələr yaratmaqda ittiham edilir.
İSNA xəbər agentliyinin məlumatında bildirilir ki, İranda belə bir qanun qüvvədə olmasa da, polis həbsləri mümkün hesab edib. İran parlamenti və hüquqşünasları bu qanunsuzluğa münasibət bildirməyib.
FARS xəbər alyansının bildirdiyinə görə, polis blogerlərlə saytları vasitəsi ilə təmas qurduqdan sonra onlar nəzarət altına alıb. Blogerlərin 6 nəfəri zaminə buraxılıb, bir nəfər isə hələ də həbsdə saxlanılır.
Blogerlərin hansı mövzularda yazdıqları barədə məlumat verilmir. Lakin onların hamısının 20 yaşlarında olduğu deyilir.
İranın ali dini rəhbəri Əli Xamneyinin sərəncamına əsasən İranda internet, mobil telefonlar və peyk antenalarına nəzarət polisi təsis edilib.