Romada genişmiqyaslı aksiyalar keçirilir

İtaliyanın baş naziri Mario Monti

Hökumətin ixtisarları və islahatları əleyhinə minlərlə insan bu gün əllərində plakatlar və bayraqlar İtaliyanın paytaxtı Roma şəhərinin küçələrinə çıxıb. Onlar baş nazir Mario Montinin ölkənin borclarını qaytara bilməsi və ödəmə qabiliyyətinin yüksəldilməsi üçün ağır islahatlar planına etiraz edib.

Təhlilçilər cənab Montinin ölkə iqtisadiyyatını qaldırmaq üçün əmək bazarlarında islahatlar aparılması planının, əsasən də orta sinin üçün olmaqla, ölkədə vəziyyəti daha da ağırlaşdıracağını deyirlər.