İspaniyada müxalifətin qələbəsi iqtisadi tənəzzül barədə narahatlıqları səngitməyib.
Bu gün Madridin əsas səhm birjası 3 faiz dəyərini itirib. Ölkənin borc xərclərinin sələm faizi isə Yunanıstan, İrlandiya və Portuqaliyada olduğu kimi 7 faizə yüksəlib.
Bəzi analitiklər hesab edirlər ki, qalib Xalq Partiyasının lideri Mariana Rahoy ölkədə maliyyə ixtisarları həyata keçirmək üçün təcili addımlar atmalıdır. Amma qələbə çıxışında Rahoy deyib: “Heç bir möcüzə olmayacaq. Biz belə bir şey vəd etməmişik.” Xalq Partiyası əlavə bəyanat verməyib.
56 yaşlı Rahoy dekabrın 20-də baş nazir səlahiyyətlərinin icrasına başlayacaq.