BMT-nin insan hüquqları komitəsi Suriya hökumətini tənqid edib

  • Amerikanın səsi

BMT-nin insan hüquqları komitəsi Suriya hökumətini tənqid edib

BMT-nin Baş Assambleyasının insan hüquqları komitəsi Suriyada müxalifətin nümayişlərinin dağıdılması zamanı insan tələfatını kəskin qınayan qətnaməni təsdiq edib. BMT-nin qətnaməsi rəsmi Dəməşqi Ərəb Liqasının regionda vəziyyəti monitorinq etmək üçün müşahidəçiər göndərilməsinə dair təşəbbüslərini yerinə yetirməyə çağırır. Suriyanın təşkilatda üzvlüyünü dayandıran Ərəb Liqası böhranı müzakirə etmək üçün cümə axşamı iclas keçirməyi planlaşdırır. Amnesty International təşkilatı BMT-nin komitəsində qətnamənin səsə qoyulmasını alqışlayıb. BMT səkkiz ay bundan əvvəl nümayişlər başlayandan Suriya hökumətinin nümayişləri dağıtması nəticəsində 3 min 500 insanın həlak olduğunu bildirir.