Accessibility links

BMT insan haqları komitəsi Suriyanı pislədi


BMT insan haqları komitəsi Suriyanı pislədi
BMT insan haqları komitəsi Suriyanı pislədi

Suriya prezidenti Bəşar əl-Əsəd BMT Baş Assambleyasının insan haqları üzrə komitəsinin nümayişçilərə basqıları pisləməsindən sonra artan təzyiqlərlə üzləşir.

Qətnamədə cənab Əsədin Ərəb Liqasının təşəbbüsünü icra etməməsindən narahatlıq ifadə olunur.

Sənəd Suriya rəsmilərinin insan haqlarını sistematik və ağır şəkildə pozmasını pisləyib.

Suriya ölçüyə qarşı səsvermədə İran, Kuba, Şimali Koreya və Venesuela kimi ölkələrdən dəstək alıb. Rusiya və Çin bitərəf qalıblar.

Suriyanın üzvlüyünü dayandıran Ərəb Liqası cümə axşamı toplaşmağı planlaşdırır.

XS
SM
MD
LG