Suriya qüvvələri ölkənin bir sıra şəhərlərində prezident Bəşar əl-Əsədin istefası çağırışları ilə nümayiş keçirən insanlara atəş açıb.
İnsan hüquqları qrupları və fəalların bildirdiyinə görə, təhlükəsizlik qüvvələri Dəməşqin Doma rayonunda, ölkənin cənubunda Dəra vilayətində və şərqdə Deyr Ezzur şəhərində nümayişçilərə atəş aşıb. Üç adamın həlak olduğu bildirilir.
Suriya hökuməti Deyr Ezzorda başları bağlı silahlı şəxslərin təhlükəsizlik qüvvələrinə atəş açaraq, üç zabiti yaraladığını bildirib.
SANA xəbər agentliyinin verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının cavab atəşi açması nəticəsində iki silahlı şəxs qətlə yetirilib. Xəbər agentliyi həmlinin silahlı şəxslərin Doumada təhlükəsizlik xidmətinin binasına hücum edərək, iki mühafizəçini yaraladığı haqda məlumat verib.
Bu arada, BMT-nin humanitar yardım qrupu Suriyada dinc əhalinin ifrat gücdən istifadən təcili qorunması kimi bir zərurətin mövcud olduğunu bildirib.
Bununla yanaşı, Suriya hökuməti ölkənin tanınmış siya karikatura ustasının həbsi ilə əlaqədar təhqiqat aparıldığını bildirib. Əli Ferzata Dəməşqdə hücum edilib. Hücumçular onu döyüb yolun kənarına atıblar. Fəallar onun təhlükəsizlik qüvvələri tərəfindən döyüldüyünü bildirir. Dövlət mediası insidentə görə “üzü bağlı insanları” ittiham edir.