İnsan haqları fəalları Suriya təhlükəsizlik qüvvələrinin anti-rejim təmayüllü karikatura ustasını ağır döydüklərini xəbər verirlər.
Fəallar küçdən keçənlərin Əli Fərzatı Dəməşq küçələrində ağır vəziyyətdə tapdıqlarını bildirirlər.
Fərzatın qohumları Qərb mediasına bildirib ki, hücumçular rəssamın sümüklərini sındırmaqla ona hökumət üzvlərinin karikaturalarını çəkməmək barədə xəbərdarlıq ünvanlayıblar.
Öz karikaturaları ilə Suriya hökumətinin tənqidçisi Fərzat insanlar arasında məşhurlaşıb. Onun bəzi karikaturaları prezident Bəşar əl-Əsədi məsxərəyə qoyur.