ABŞ Dövlət katibi Hillari Klinton: Suriya prezidenti legitimliyini itirib(YENİLƏNİB)

  • Amerikanın səsi

ABŞ Dövlət katibi Hillari Klinton: Suriya prezidenti legitimliyini itirib(YENİLƏNİB)

ABŞ Dövlət katibi Hillari Klinton deyib ki, Suriya prezidenti Bəşşar əl-Əsəd legitimliyini itirib və Birləşmiş Ştatların onun hakimiyyətdə qalmasında heç bir marağı yoxdur.

Rəsmi Vaşinqtonun Suriyada mart ayından hökumət əleyhinə nümayişlər başlayandan prezident Əsədə ən ciddi mesajını çatdıran Hillari Klinton bildirib ki, avtoritar liderlər əvəzedilməz deyil O, ABŞ-ın Dəməşqdə səfirliyi və səfirin iqamətgahı, habelə Fransanın ölkədəki diplomatik nümayəndəliyinin kütlə tərəfindən hücuma məruz qalmasını pisləyib.

Xanım Klinton cənab Əsəd hökumətinin diqqəti ölkə daxilində nümayişlərin qəddarcasına dağıdılmasından yayındırmağa çalışdığını deyərək, Suriyanın xarici diplomatik nümayəndəliklərin qorunmasına dair üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etməyə çağırıb.

Fransanın Xarici İşlər naziri Fransua Fillon isə bildirib ki, cənab Əsədin hakimiyyətdə qalması günbəgün çətinləşir. Avropa-1 radiosuna müsahibə zamanı o həmçinin bildirib ki, BMT Təhlükəsizlik Şurasının Suriyada vəziyyətlə bağlı susması nəticə verməyib və Rusiya ilə Çin BMT qətnaməsinin qarşısını alır.