Human Rights Watch insan hüquqları təşkiları bildirir ki, Suriya komandirləri hökumət əleyhinə nümayişləri dağıtmaq üçün təhlükəsizlik qüvvələrinə atəş açmaq əmri verib. Təşkilatın bildirdiyinə görə, mart ayında nümayişlər başlayandan Suriyadan başqa ölkəyə keçən 8 əsgər və təhlükəsizlik qüvvələrinin 4 üzvü döyüş sursatından istifadə edildiyini təsvir edib. ABŞ-da yerləşən qrup bildirir ki, komandirlər həmin şəxslərə silahlı döyüşçülərlə mübarizə aparacaqlarını deyiblər. Əsgərlər bunun əvəzinə onların qarşısına dinc nümayişçilərin çıxdığını, lakin komandirlərin onlara atəş açmaq haqda əmr verdiyini bildirib. Human Rights Watch-un bildirdiyinə görə, komandirlər əsgərləri atəş açmasalar onların özlərinin güllələnəcəyi ilə hədələyiblər.