Suriyada üsyançılar hökumət qüvvələrini hədəf alır

  • Amerikanın səsi

İdlib yaxınlığındakı Kafranbeldə nümayişçilər Bəşər Əsədin hakimiyyətinə etiraz edirlər, 27 aprel , 2012.

Hava ilə doldurulmuş qayıqlardan istifadə edən silahlılar sahildə qərar tutmuş Suriya hərbi postuna hücum ediblər. İlk dəfədir ki, üsyançılar dənizdən prezident Bəşər Əsədə sadiq qüvvələrə hücum edirlər.

Bu insidentlər yanaşı paytaxt Dəməşq civarında 15 adamın ölümü ilə nəticələnən zorakılıq aktları BMT-nin vasitəçilik etdiyi atəşkəsin zərif olduğunu göstərir.

Türkiyə ilə sərhəddən cənubda Latakiya şəhəri yaxınlığında baş verən toqquşmada bir neçə əsgər və üsyançı öldürülüb.

Dövlətə məxsus SANA agentliyi toqquşmada həmişə olduğu kimi “terrorçuları” günahlandırıb.

Son aylarda rəsmi Dəməşq Türkiyəni üsyançıları silahla təchiz etməkdə ittiham edib. Türkiyə hökuməti Azad Suriya Ordusunun rəhbərliyinə ölkədə fəaliyyət göstərməyə icazə verib.