Accessibility links

Suriyada üsyançılar təhlükəsizlik idarələrinə hücum edib


Suriya fəallarından ibarət qrup deyir ki, İdlib şəhərində təhlükəsizlik binaları yaxınlığında iki bomba partlayışı 20-dən çox insanın həyatına sonq qoyub. Bu partlayışlar Suriya hökumət binalarına hücumların intensivləşdiyi vaxta təsadüf edir.

Böyük Britaniyada qərargahlanan Suriya İnsan Haqlarını Müşahidə qrupu deyir ki, bugünkü hücum Suriya ordusunun və hava qüvvələrinin istifadə etdiyi kəşfiyyat binalarını hədəf alıb.

Suriya dövlət xəbər agentliyi SANA bildirib ki, intiharçı hücumları 9 nəfərin həyatına son qoyub və hadisə nəticəsində 100-dən çox insan yaralanıb.

Keçən həftənin cümə günü Dəməşqdə həyata keçirilən intiharçı hücumu əksəriyyəti təhlükəsizlik rəsmisi olmaqla 9 nəfərin həyatına son qoymuşdu.

Suriya dövlət mediası partlayışlara görə "silahlı terrorçuları" ittiham etmişdi. Suriya rəsmiləri bu ifadə ilə 13 aydən prezident Bəşar Əl-Əsəd hökumətinə qarşı mübarizə aparan üsyançıları nəzərdə tutur. Ancaq fəallar deyir ki, hökumət onları bomba hücumlarına təhrik edərək müxalifəti gözdən salmağa çalışır.

XS
SM
MD
LG