Accessibility links

BMT-nin monitorinq missiyasına başçılıq edən norveç generalı Suriyadadır


BMT-nin Suriyada beynəlxaq monitorinq missiyasının başçısı təyin edilmş norveç generalı əməliyyatların komandanlığını öz üzərinə götürmüş və bir ildir sürən münaqişənin tərəflərini zorakılıqları dayandırmağa çağırmışdır.

Suriyada aprelin 12-dən etibarən qüvvəyə minmiş atəşkəsə əməl edilməsini monitorinq edən BMT-nin sülhməramlı əsgərlərindən ibarət 15 nəfərlik qrupun komandiri vəzifəsinin icrasına başlamış general-mayor Robert Mod bu gün Dəməşqə yetişmişdir.

Dəməşq hava limanında müxbirlərlə danışan general Mod BMT-nin dəstəyi ilə əldə edilmiş atəşkəsə dair razılığ və xüsusi nümayəndə Kofi Annanın sülh planının şərtlərinin pozulmasına yol verməmək üçün silahlı zorakılıların dayandırılmasına çağırıb. Norveç generalı əlavə edib ki, BMT-nin müşahidəçiləri bütün problemləri həll edə bilməz.

Atəşkəs qüvvəyə minəndən sonra Suriya perzidenti Bəşar Əl-Əsəd tərəfdarı qüvvələr ölkə boyu müxalifətin istinadgahlarına hücumları davam etdirmiş, müxalifət qüvvələri isə hökumətin təhlükəsizlik qüvvələrini pusquya salmışdır. Tərəflər bir-birini hücumlara təhrik edilməkdə günahlandırır.

BMT-nin Baş katibi Ban Ki Mun Suriya hökumətini atəşkəsə dair razılığı pozaraq, yaşayış yerlərində ağlr silahlardan istifadə etməkdə ittiham etmşdir.

XS
SM
MD
LG