Suriyada hökumət qoşunlarının reydləri davam edir

Suriyada hökumət qoşunlarının reydləri davam edir

Suriya insan haqları fəalları və sakinləri deyir ki, hökumət qoşunları müxalif nümayişçilərə qarşı basqıları davam etdirərək Livan və İraq sərhədi yaxınlığındakı şəhərlərdə reydlər keçirib.

Fəallar və sakinlər deyir ki, Suriya əsgərləri zirehli maşınlarla Zabadani şəhərinə daxil olaraq ən azı 70 nəfəri həbs edib.

Suriya təhlükəsizlik qüvvələri İraq sərhədi yaxınlığındakı Əl-Bokamal şəhərində də reyd keçiriblər. Onlar hökumət əleyhinə nümayişlər keçirən sakinlərə odlu silahdan atəş açıblar. Ən azı bir nümayişçinini öldürüldüyü bildirilir. Fəallar deyir ki, bəzi əsgərlərə atəş açmaqdan imtina edib və müxalifət tərəfə keçib. Suriya dövlət xəbər agentliyi “SƏNA”-nın bildirdiyinə görə, terrorçu qruplaşmalar şənbə günü Əl-Bokamalda 3 təhlükəsizlik personalını öldürüb.