Accessibility links

Suriya qüvvələri 19 nümayişçini öldürüb


Suriya qüvvələri 19 nümayişçini öldürüb
Suriya qüvvələri 19 nümayişçini öldürüb

Suriyada təhlükəsizlik qüvvələrinin nümayişçilərə atəş açması nəticəsində azı 19 adam həlak olub.

Hüquq müdafiəçiləri qətllərin paytaxt Dəməşq civarında, cənubi Dəra şəhərində və İdlib vilayətində baş verdiyini söyləyirlər. Qüvvələr nümayişçilərə qarşı gözyaşardıcı qazdan da istifadə ediblər.

Hökumətin güclü basqılarına baxmayaraq on minlərlə suriyalı bu gün küçələrə axışıb. Onlar əllərində Suriya bayraqları yelləmiş və prezident Bəşar əl-Əsədin istefasına çağırmışlar.

Fəallar vətəndaşları yüzlərlə həmvətənlərinin həbs olunmasına etiraz etməyə çağırdıqdan sonra nümayişlər vüsət alıb.

XS
SM
MD
LG