İnsan haqları müdafiəçilərinin bildirdiyinə görə, təhlükəsizlik qüvvələri bu gün də gərginliyin davam etdiyi Həma şəhərində hökumətə qarşı etiraz nümayişlərinin qarşısına almağa çalışır. Şahidlər tankların şəhərə daxil olduğunu və partlayış səsləri eşidildiyini deyirlər. Şəhərdə eləcə də kommunikasiya xətlərinin də kəsildiyi bildirilir.
Artıq üç gündür 130 nəfərdən çox insanın ölümü ilə nəticələnən qarşıdurmalardan sonra bu gün xəsarət alanlar barədə məlumat verilməyib. Ölüm hallarının çoxu Həma şəhərində, prezident Bəşar Əl-Əsəd əleyhinə keçirilən nümayişlər zamanı baş verib.