Suriyada daha 5 nəfər qətlə yetirilib

Suriyada daha 5 nəfər qətlə yetirilib

Suriyada insan haqları fəalları deyir ki, hökumətin təhlükəsizlik qüvvələri Homz şəhəri və şəhərin kənar hissələrində 5 nəfəri qətlə yetirib.

Ölkənin xarici işlər naziri ABŞ Suriyada iğtişaşları qızışdırmaqda ittiham etdiyi bir vaxt, sakinlərə qarşı ölümcül hücumlar davam edir.

Ərəb Liqasının zorakılıqlara son qoymaq barədə razılığının qəbul edilməsinə baxmayaraq son bir həftədə Suriyada 110 adamın öldürüldüyü bildirilir.

Suriyanın Ərəb Liqasındakı səfiri Yusif Əhməd deyib ki, ölkə razılığa dair götürdüyü öhdəlikləri yerinə yetirmək üçün iri addımlar atıb, belə ki, 500-ə yaxın məhbus şərti amnistiyanın bir hissəsi kimi sərbəst buraxılıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Viktoria Nuland deyib ki, o, heç kəsə Suriya rəsmilərinə təslim olmağı məsləhət görmür.