Suriya qüvvələri nümayişçilərə atəş açaraq, 4 nəfərin ölümünə səbəb olub. Fəallar İdlib vilayətində zorakılılqlar nəticəsində bir neçə adamın öldüyünü bildirir. Homs regionunda atışma nəticəsində 3 mülki vətəndaş həlak olub.
Dünən Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu Suriya prezidenti Bəşar Əl-Əsədi "qatillərin" cəzalandırılmasına və Ərəb Liqasının zorakılıqlara son qoyulmasına dair razılığının şərtlərinə əməl edilməsinə çağırıb.