Suriyada sülh planına baxmayaraq qoşunlar 10 mülki vətəndaşı qətlə yetirib

Suriyada sülh planına baxmayaraq qoşunlar 10 mülki vətəndaşı qətlə yetirib

Fəallar deyir ki, Suriya təhlükəsizlik qüvvələri bu gün – hökumətin müxalif nümayişçilərə qarşı zorakılıqlar son qoymağa planla razılaşmasından bir gün sonra 10 nəfəri qətlə yetirib.

Fəalların sözlərinə görə, Suriya qoşunları Homs şhərində mülki vətəndaşları hədəf alıb. Ölüm hallarının bəzisi Homsda əsgərlərin ağır artilleriya ilə Baba Əmr rayonuna hücumundan sonra baş verib. Ölənlərin sayı müstəqil mənbələr tərəfindən təsdiq edilməyib.

Bununla yanaşı alman xəbər agentliyi DPA bildirir ki, bu gün hökumət əleyhinə nümayişçilər Homs şəhərində və bir neçə başqa regionda yeni yürüşlərə başlayıb.

Dünən Suriya Ərəb Liqasının təhlükəsizlik qüvvələrinin küçələrdən dərhal yığışdırılmasına və nümayişçilərə qarşı zorakılıqlara son qoyulmasına çağıran planını qəbul edib.