Accessibility links

Suriya hökuməti zorakılıqlara son qoyulması barədə planı təsdiq edib (Yenilənib)


Suriya hökuməti zorakılıqlara son qoyulması barədə planı təsdiq edib (Yenilənib)
Suriya hökuməti zorakılıqlara son qoyulması barədə planı təsdiq edib (Yenilənib)

Suriya hökuməti bu gün Ərəb Liqasının təklif etdiyi səkkiz aya yaxındır davam edən və ölümlə nəticələnən zorakılıqların dayandırılacağı barədə planını qəbul edib.Ərəb Liqasının Qətər nümayəndəsi bildirib ki, Suriya hökuməti beynəlxalq medianın və liqa üzvlərinin ölkəyə daxil olmalarına imkan verəcək. Suriya hökuməti təhlükəsizlik qüvvələrini küçələrdən yığışdırmağa, hökumət tərəfdarı qüvvələrin mülki vətəndaşlara qarşı zorakılıqlarının qarşısını almağa, iğtişaşlar zamanı həbs edilən siyasi məhbusların azadlığa buraxılmasına və müxalifətlədanışıqlarına razı olduğunu bildirib.

Bu arada, Suriya fəalları bu gün Homs regionunda silahlıların 9 nəfəri qətlə yetirdiklərini bildiriblər. Lakin hadisənin detalları barədə məlumat verilmir.

XS
SM
MD
LG