NATO Liviyada yeddi aylıq vətəndaşları müdafiə kompaniyasını başa vurduqdan sonra Suriyada hərbi əməliyyatlar keçirmək niyyəti olmadığını bildirib. NATO baş katibi Anders Foq Rasmussen dünən bildirib ki, alyans Suriyada qarşıdurma yaratmaq istəmir. O, prezident Bəşər əl-Əsədin müxalifətçilərə qarşı ölümcül basqılarını pisləyərək, Dəməşqi Suriya vətəndaşlarına öz fikirlərini ifadə etmək üçün şərait yaratmağa çağırıb. Cənab Əsəd beynəlxalq ictimaiyyətə Suriyada müdaxil etməmək barədə xəbərdarlıq verərək, belə bir addımın Yaxın Şərqi parçalayacağını bildirib.