Suriyanın müxalifət fəallarının bildirdyinə görə, artıq səkkiz aydır prezident Bəşar Əl-Əsəd hökumətinə qarşı davam edən etirazlar zəminində hökumətə qarşı olan qüvvələr Dəməşq yaxınlığındakı hərbi bazaya hücum etmiş və Qəbilə Şurası təşkil etmişlər. Məlumatda bu gün səhər Suriya Azadlıq Ordusunun Dəməşq yaxınlığında Kəşfiyyat İdarəsinin Hava Qüvvələrini raket atəşinə tutduğu bildirilir.
Baş qərargahı Almaniyada olan Suriyanın Yerli Koordinasiya Komitəsinin sözçüsü Hozan İbrahim Amerikanın Səsinə bildirib ki, Suriya Azadlıq Ordusu müvəqqəti hərbi şura yaradıb və əsas məqsəd hökumətin təhlükəsizlik qüvvələrini zəiflətməkdir.