Polşa prezidenti Yuliya Timoşenkonun həbsi ilə bağlı məsələnin həllinə çağırıb

  • Amerikanın səsi

Polşa prezidenti Yuliya Timoşenkonun həbsi ilə bağlı məsələnin həllinə çağırıb

Polşa prezidenti Branislav Komarovski Ukrayna hökumətinə müraciət edərək, sabiq baş nazir Yuliya Timoşenkonun həbsi ilə bağlı məsələnin həllinə çağırıb. Cənab Komarovski belə bir addımın Ukraynanın Avropa Birliyinə üzvlük məsələsində həlledici rolu ola biləcəyini deyib. Bu gün etdiyi müraciəti zamanı cənab Komarovski deyib ki, əgər Ukrayna Avropa Birliyinə inteqrasiyasını davam etmək istəyirsə, bu məsələnin həlli yolunu tapmalıdır. Hal-hazırda Avropa Birliyinə sədrlik edən Polşa lidreri bunları Kiyevdə müxbirlərlə görüşü zamanı deyib.