Accessibility links

Ukrayna prezidenti sabiq baş nazir Yuliya Timoşenkoya tibbi yardım göstəriləcəyinə söz verib


Ukrayna prezidenti sabiq baş nazir Yuliya Timoşenkoya tibbi yardım göstəriləcəyinə söz verib
Ukrayna prezidenti sabiq baş nazir Yuliya Timoşenkoya tibbi yardım göstəriləcəyinə söz verib

Ukrayna prezidenti Viktor Yanukoviç Kiyevdən uzaqdakı həbsxanada saxlanılan sabiq baş nazir Yuliya Timoşenkoya tibbi yardım göstəriləcəyinə söz verib.

Bu gün mətbuat konfransında etdiyi çıxışı zamanı cənab Yanukoviç xanım Timoşenkonun səhhəti ilə bağlı hökumət rəsmiləri ilə müzakirələr apardığını və onun saxlandığı həbsxananın səhiyyə sisteminin standartlara uyğun olmadığı barədə məlumat aldığını deyib. Prezident xanım Timoşenkonun yaxın günlərdə həbsxana xaricində, Kiyevdə tibbi yadım alacağını deyib.

Ukraynanın İnsan Haqları Qrupunun başçısı Nina Karpaçova xanım Timoşenkonun səhhətindən narahatlığını bildirib və onun ciddi tibbi yardıma ehtiyacı olduğunu deyib.

XS
SM
MD
LG