Ukrayna parlamenti keçmiş baş nazir Yulya Temoşenkoya qarşı irəli sürülən ittihamın şiddət dərəcəsini endirərək onun azadlığa çıxması üçün təklif edilmiş düzəlişi rədd edib. Ötən ay müxalifət liderinə vəzifəsindən sui-istifadə edərək 2009-cu ildə Rusiya ilə qaz razılığı imzaladığına görə yeddi il həbs cəzası verilib. Xanım Timoşenkonun əleyhdarları bildiriblər ki, razılıq Rusiya üçün həddən artıq əlverişli idi. Parlamentdə prezident Viktor Yanukoviçin partiyasının üzvləri üstünlük təşkil edirlər və 438 müavindən yalnız 147-si düzəlişi dəstəkləyib.