Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli əməkdaşlıq çərçivəsində birgə komanda və səhra hərbi təlimləri keçirəcək.
Turan agentliyinin məlumatına görə bu barədə oktyabrın 23-də Tbilisidə Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Necdet Özel ilə görüşündə bildirib.
Təlimlərin vaxtı və yeri bir qədər sonra açıqlanacaq.
Tərəflər ölkələr arasında hərbi sahədə əməkdaşlığın genişləndirilməsi məsələsini də müzakirə edib.
“Biz dəfələrlə demişik və ən başlıcası isə əməlimizlə sübut etmişik ki, Türkiyə Gürcüstanın təkcə qonşusu deyil, həm də dostu və strateji tərəfdaşıdır”,- Qaribaşvili bildirib.
Gürcüstan hökumıtinin rəhbəri ümidvar olduğunu bildirib ki,Türkiyə onun ölkəsinin NATO ilə yaxınlaşması üzrə tədbirlər paketinin yerinə yetirilməsi prosesinə maksimum cəlb olunacaq.