Accessibility links

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirləri regiondakı hərbi-siyasi durumu müzakirə edib


Azərbaycan, Gürcüstanın və Türkiyə müdafiə nazirlərinin görüşü
Azərbaycan, Gürcüstanın və Türkiyə müdafiə nazirlərinin görüşü

Üç ölkənin Silahlı Qüvvələri döyüş qabiliyyətinin artırılması, neft və qaz boru kəmərlərinin mühafizəsi üzrə üçtərəfli təlimlər keçirəcək

Avqustun 19-da Naxçıvan şəhərində Əlahiddə Ümumqoşun Ordusunun Qərargahında Azərbaycan müdafiə naziri Zakir Həsənov, Gürcüstanın müdafiə naziri İrakli Alasaniya və Türkiyə milli müdafiə naziri İsmət Yılmaz arasında üçtərəfli formatda görüş keçirilib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə görüşdə nazirlər regionda cərəyan edən hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıb, hərbi sahədə əməkdaşlıq üzrə bir sıra qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Eyni zamanda müdafiə nazirləri bu formatda hər altı aydan bir görüş keçirilməsi barədə qərara qəbul edib.

Danışıqlardan sonra keçirilən brifinqdə nazir Zakir Həsənov bildirib ki, görüş zamanı regionda cərəyan edən hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb, bölgədə sabitliyin təmin edilməsi yollarını birgə araşdırılıb. “Bu formatda danışıqların genişləndirilməsi və müdafiə nazirlərinin üçtərəfli görüşlərinin hər il növbə ilə Azərbaycanda, Gürcüstanda və Türkiyədə keçirilməsi, əməkdaşlığımızın gedişatının müzakirə edilməsi, gələcək perspektivlərinin müəyyənləşdirilməsi barədə qərar qəbul etdik.

3 ölkənin Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılması və qarşılıqlı əməliyyat uyarlığının əldə edilməsi məqsədilə üçtərəfli birgə təlimlərin keçirilməsi, birgə seminar və konfransların təşkil edilməsi, hərbi təhsil və hərbi-texniki sahələrdə əməkdaşlığın üçtərəfli formatda təşkil edilməsi, neft və qaz boru kəmərlərinin mühafizəsi üzrə üçtərəfli təlimlərin keçirilməsi, əməkdaşlıq sahələrinin genişləndirilməsi üçün üç ölkə mütəxəssislərinin ekspert görüşlərinin təşkil edilməsi məqsədəuyğun hesab olunmuşdur”, deyə o qeyd edib.

XS
SM
MD
LG