YAP icra katibinin müavini Amerikanın Səsinə danışır
İqtidarda olan Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov Amerikanın Səsinə müsahibəsində seçkiqabağı mühit, Milli Şuranın vahid namizədi, müxalifətdaxili durum, prezident seçkilərinə hazırlıq, Rusiyada olan bəzi qüvvələrin Azərbaycanda seçki prosesinə qarışmaq cəhdlərindən danışıb.
Sual: Azərbaycanda seçkiqabağı mühiti necə qiymətləndirirsiniz?
Cavab: Seçki mühitini çox yüksək qiymətləndirirəm. Həm qanunvericilik baxımından, həm də ümumilikdə götürəndə ictimai-siyasi baxımdan seçki üçün çox əlverişli mühit var.
Namizədlərin qeydə alınması üçün Azərbaycanda ən yüngül şərtlər var. Seçkidə iştirak etməyə hüququ olan istənilən vətəndaş 100 nəfərlik təşəbbüs qrupu yaradıb, MSK-ya ərizə ilə müraciət edib namizədliyini təsdiq etdirə bilir. Bundan sonra isə 40 min imza toplamaqla prezidentliyə namizəd olur. O cümlədən də siyasi partiyalar namizədlərini irəli sürə bilər. Hər bir siyasi partiya namizədini irəli sürür, onun üçün imza toplayır, namizədini dəstəkləyir.
Beləliklə, Azərbaycanda bu gün prezident seçkilərində iştirak üçün hərtərəfli əlverişli şərait mövcuddur. Bu seçki mühitində seçkiləri azad, demokratik və ədalətli keçirmək mümkündür.
Sual: Amma, Milli Şuranın sədri Rüstəm İbrahimbəyov bildirir ki, onun namizədliyinin qeydə alınması üçün maneələr yaradılır. Necə qiymətləndirirsiniz?
Cavab: Rüstəm İbrahimbəyov bu günədək namizədliyinin irəli sürülməsi ilə bağlı heç bir orqana sənəd göndərməyib. Ona görə də qabaqcadan münəccimlik etmək düzgün deyil. Əvvəlcə, o sənədlərini təqdim etməlidir və problemlər olarsa, bundan sonra danışa bilər. O kəşfiyyat orqanından işləmir, kəşfiyyata getmir ki, qabaqcadan müəyyən etsin ki, bunun namizədliyinin qeydə alınması üçün problemlər var.
Yəqin onun özünün problemləri var. Bu nöqteyi-nəzərdən, başqa hallarda nə dövlətin rəsmi qurumları tərəfindən, nə hüquq-mühafizə orqanları tərəfindən, nə MSK-dan Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınmaması barədə rəsmi bəyanat, yaxud bir çıxış yoxdur.
Sual: Rüstəm İbrahimbəyov həm Rusiya, həm də Azərbaycan vətəndaşıdır. Onun ikili vətəndaşlığı var. Rusiya vətəndaşlığından imtina məsələsi hələ həll olunmayıb. Dünən Milli Şura Rüstəm İbrahimbəyovun Rusiya qarşısında öhdəliyinin olmaması barədə bir arayış təqdim edib. Belə halda MSK-ya müraciət etmək mümkündürmü? Cavab nə ola bilər?
Cavab: Rüstəm İbrahimbəyovun təqdim etdiyi arayış ictimaiyyətə və MSK-ya təqdim olunmayıb. Mətbuatdan oxudum ki, Rüstəm İbrahimbəyovun göndərdiyi arayış Rusiya vətəndaşlığından çıxmaq haqqında müraciət etməsi ilə bağlıdır. Yəni, o öhdəliyi ilə bağlı olan arayış deyil. Belə arayış təqdim edibsə lap yaxşı. Biz qeyd etmişik ki, bizim namizəd üçün nə ölkə daxilində, nə də ölkə xaricində heç bir alternativ yoxdur.
Sənədlər varsa, verilibsə bu sənədləri MSK-ya təqdim edə bilərlər. Burada heç bir problem yoxdur. Əgər sənədlər düzgündürsə, qaydasındandırsa, tələb olunanlar əksini tapıbsa qanunun qarşısında hamı bərabərdir. İstər Rüstəm İbrahimbəyov olsun, istər digər partiyalar olsun, istərsə də Əhməd Oruc olsun. Sənədlər qanuna uyğundursa MSK həmin namizədi təsdiq edib imza vərəqələri verir.
Sual: Milli Şura əlavə vahid namizədlə bağlı da müzakirələr aparır. Milli Şura bildirir ki, onun namizədi seçkilərdə iştirak etməsə, alternativsiz seçki olacaq?
Cavab: Ümumilikdə dünyada belə anlayış yoxdur: kiminsə seçkidə iştirakı demokratik hesab olunur, kiminsə iştirak etməməsi qeyri-demokratik hesab olunur. Seçki Azərbaycan vətəndaşları üçün nəzərdə tutulur və hər bir vətəndaşın seçmək və seçilmək hüququ var.
Yazılmayıb ki, bu hansısa partiyanın üzvüdür və ya hansısa cəbhədə təmsil olunursa seçmək və seçilmək hüququ var, digərlərinin yox. O fikirləri kimsə ortaya atıbsa, özünə təskinlik vermək üçündür. Azərbaycanda istər 3 nəfər, istər 5-10-20 nəfər, istərsə 20 min nəfər iştirak etsin, istərsə də heç bir siyasi partiya iştirak etməsin, adi vətəndaşlar iştirak etsin, seçki keçirilirsə hakimiyyətin mənbəyi xalqdır. Xalq seçkilərdə iştirak edib, səs verirsə, artıq burada azad, ədalətli və demokratik seçkilər var. Fərdlərin burada rolu sıfıra bərabərdir.
Sual: Milli Şura ilə bağlı mövqeyiniz necədir. O Azərbaycanda seçkilərin azad, ədalətli və demokratik keçirilməsinə təsir edə bilirmi?
Cavab: Qəti şəkildə yox. Milli Şuraya ayrı-ayrı partiyalarda dəstək tapa bilməyən və yaxud namizədliyini öz partiyası, təşkilatı tərəfindən irəli sürə bilməyən insanların toplusudur. Bu insanlarda vahid məqsəd, vahid ideya, vahid əqidə yoxdur. Bunlar sadəcə olaraq ayrı-ayrı maraqlar çərçivəsində toplaşmış insanlardır. Hər biri də öz marağını ümumxalq, ümumdövlət marağından yuxarıda tutur. Bu maraqlar da imkan vermir ki, onlar vahid namizəd məsələsində ortaq məxrəcə gələ bilsinlər.
Müsavat Partiyası istəyir ki, öz namizədi olsun və açıq deməsələr də Milli Şuranın vahid namizədinin Müsavat Partiyasının namizədi olması ilə bağlı informasiyalar cəmiyyətə çatdırılır. AXCP tərəfindən bu işdə Müsavatın pozuculuğu ilə bağlı fikirlər deyilir, onların funksionerləri, sədr müavinləri müxalifətin birliyinin parçalanmasında Müsavatı ittiham edirlər. Müsavat AXCP sədri Əli Kərimlinin namizəd ola bilməsi potensialının olmamasını ortaya ataraq onu seçki prosesini pozmaqda, boykota çağırmaqda ittiham edir. Yəni Əli Kərimlinin heç bir potensialı yoxdur, o namizəd ola bilmədiyi üçün seçkiləri boykota çağırır.
Bu insanlar ayrı-ayrılıqda üzdə bir yerdə yığışsalar da qarşılıqlı ittihamlar onların mərkəzlərindən idarə olunur. Bunlar vaxtı ilə Demokratik Respublikanın yaratdığı Milli Şura adını belə desək, korladılar, hörmətdən saldılar. Milli Şura millətin taleyüklü məsələlərini ortaya çıxarıb həll edən bir qurum ola bilərdi. Ora toplaşanların buna nə potensialı var, nə imkanları var, nə marağı var, nə də xalqın xeyrinə xidmət edən insanlardır. Bu baxımdan Milli Şura ölü doğulmuş bir uşaq idi və qısa vaxtda da artıq onun fatihəsi verilib.
Sadəcə olaraq bir qrup gəncləri tovlayıb yoldan çıxarmaq istəyirlər. Hesab edirəm ki, onlar ədalətli addım atmaq istəyirlərsə özləri gedib, bütün yerləri yeni düşüncəli, yeni düşüncə tərzində olan gənclərə, yeni insanlara verməlidirlər. Özləri isə əgər ixtisasları varsa, çoxlarının orada ixtisası yoxdur, -siyasəti iş yeri, gəlir mənbəyi kimi seçiblər, - çalışıb sahələrində uğur qazanmağa nail olmalıdırlar.
Sual: Amma Milli Şura deyir ki, biz iqtidar partiyasına və onun namizədinə qalib gələcəyik?
Cavab: O onların xülyasıdır, yaxud yaxşı yatsalar görə biləcəkləri yuxudur. Əgər yaxşı yatsalar... Artıq onların psixikası da getdikcə pozulmaqdadır, gecələr də yaxşı yata bilmirlər.
Sual: Bir sıra politoloqlar bildirir ki, Azərbaycanın müstəqillik dövründə ilk dəfə olaraq Rusiya Azərbaycanın daxili siyasətinə qarışmağa cəhd edir. Milyarderlər İttifaqı yarandı, Rusiyadakı diaspor təşkilatları vasitəsi ilə Azərbaycanın daxili siyasəti tənqid olundu. Amma, Vladimir Putinin Azərbaycana səfərindən sonra bu tənqidlər sanki sıfıra enib. Səbəbi?
Cavab: Səbəbi ondan ibarətdir ki, Rusiyada müxtəlif erməni diaspor təşkilatları fəaliyyət göstərir, media qurumlarında, dövlət orqanlarında fəaliyyət göstərənləri var. Azərbaycanın inkişafı, iqtisadi-siyasi islahatlar, digər dövlətlərlə əməkdaşlıq, müqavilələr və Ermənistanın bunlardan kənarda qalması bu insanları narahat edir. Onlar istəyirlər ki, Rusiya Azərbaycan arasında hansısa bir qarşıdurma yaratsınlar, münasibətləri pozsunlar. Rusiyanın Azərbaycana olan yaxşı münasibətlərinə xələl gətirmək istəyirlər.
Adi Eurovision-u götürək, şayiə yaydılar, ayrı-ayrı görünməz əllər işlədi ki, guya Azərbaycandan Rusiyaya səs verilməyib. Bu bilavasitə Rusiya ictimaiyyətinə, əhalisinə hesablanmış bir təxribat idi ki, onların bu ölkədə yaşayan azərbaycanlılara qarşı münasibəti korlansın. Bu halları mərhələ-mərhələ görürük.
Bu baxımdan da mediada çalışan o insanlar məsələni ortaya atır. Azərbaycanlıların deportasiya olunması ilə bağlı məlumatlar yayırlar. Miqrasiya xidmətində çalışan adamları vasitəsi ilə azərbaycanlıları sıxışdırmağa çalışırlar.
Müəyyən dövlətlər də var ki, bu gün Azərbaycanın təbii sərvətlərindən istifadə etmək üçün Rusiya ilə Azərbaycanın münasibətlərinin korlanmasına cəhd göstərir, özü ilə bağlı olan adamları qızışdırıb ortaya salmaqla bu məsələləri həyata keçirmək istəyirlər.
Bütün bunlara baxmayaraq Azərbaycan postsovet məkanında yeganə dövlətdir ki, müstəqil siyasətini yeridir. Ermənistan istisna olmaqla qonşularla mehriban münasibətlərini davam etdirir və Azərbaycan daim öz siyasətinə sadiq olan bir dövlətdir, balanslaşdırılmış siyasət aparır.
Bu baxımdan Azərbaycanla Rusiya arasında hər hansı bir problem yoxdur. Rusiya da Azərbaycanın daxili işlərinə qarışmır. Birinci növbədə Azərbaycan buna heç vaxt imkan verməz. Azərbaycan müstəqil siyasət aparır və hər hansı dövlətin, beynəlxalq təşkilatın qurumun daxili işlərinə qarışmasına imkan vermir. Bundan sonra da belə olacaq.
Sual: Azərbaycanda seçkiqabağı mühiti necə qiymətləndirirsiniz?
Azərbaycanda bu gün prezident seçkilərində iştirak üçün hərtərəfli əlverişli şərait mövcuddur.
Namizədlərin qeydə alınması üçün Azərbaycanda ən yüngül şərtlər var. Seçkidə iştirak etməyə hüququ olan istənilən vətəndaş 100 nəfərlik təşəbbüs qrupu yaradıb, MSK-ya ərizə ilə müraciət edib namizədliyini təsdiq etdirə bilir. Bundan sonra isə 40 min imza toplamaqla prezidentliyə namizəd olur. O cümlədən də siyasi partiyalar namizədlərini irəli sürə bilər. Hər bir siyasi partiya namizədini irəli sürür, onun üçün imza toplayır, namizədini dəstəkləyir.
Beləliklə, Azərbaycanda bu gün prezident seçkilərində iştirak üçün hərtərəfli əlverişli şərait mövcuddur. Bu seçki mühitində seçkiləri azad, demokratik və ədalətli keçirmək mümkündür.
Sual: Amma, Milli Şuranın sədri Rüstəm İbrahimbəyov bildirir ki, onun namizədliyinin qeydə alınması üçün maneələr yaradılır. Necə qiymətləndirirsiniz?
O kəşfiyyat orqanından işləmir, kəşfiyyata getmir.
Yəqin onun özünün problemləri var. Bu nöqteyi-nəzərdən, başqa hallarda nə dövlətin rəsmi qurumları tərəfindən, nə hüquq-mühafizə orqanları tərəfindən, nə MSK-dan Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınmaması barədə rəsmi bəyanat, yaxud bir çıxış yoxdur.
Sual: Rüstəm İbrahimbəyov həm Rusiya, həm də Azərbaycan vətəndaşıdır. Onun ikili vətəndaşlığı var. Rusiya vətəndaşlığından imtina məsələsi hələ həll olunmayıb. Dünən Milli Şura Rüstəm İbrahimbəyovun Rusiya qarşısında öhdəliyinin olmaması barədə bir arayış təqdim edib. Belə halda MSK-ya müraciət etmək mümkündürmü? Cavab nə ola bilər?
Yəni, o öhdəliyi ilə bağlı olan arayış deyil. Belə arayış təqdim edibsə lap yaxşı.
Sənədlər varsa, verilibsə bu sənədləri MSK-ya təqdim edə bilərlər. Burada heç bir problem yoxdur. Əgər sənədlər düzgündürsə, qaydasındandırsa, tələb olunanlar əksini tapıbsa qanunun qarşısında hamı bərabərdir. İstər Rüstəm İbrahimbəyov olsun, istər digər partiyalar olsun, istərsə də Əhməd Oruc olsun. Sənədlər qanuna uyğundursa MSK həmin namizədi təsdiq edib imza vərəqələri verir.
Sual: Milli Şura əlavə vahid namizədlə bağlı da müzakirələr aparır. Milli Şura bildirir ki, onun namizədi seçkilərdə iştirak etməsə, alternativsiz seçki olacaq?
O fikirləri kimsə ortaya atıbsa, özünə təskinlik vermək üçündür.
Yazılmayıb ki, bu hansısa partiyanın üzvüdür və ya hansısa cəbhədə təmsil olunursa seçmək və seçilmək hüququ var, digərlərinin yox. O fikirləri kimsə ortaya atıbsa, özünə təskinlik vermək üçündür. Azərbaycanda istər 3 nəfər, istər 5-10-20 nəfər, istərsə 20 min nəfər iştirak etsin, istərsə də heç bir siyasi partiya iştirak etməsin, adi vətəndaşlar iştirak etsin, seçki keçirilirsə hakimiyyətin mənbəyi xalqdır. Xalq seçkilərdə iştirak edib, səs verirsə, artıq burada azad, ədalətli və demokratik seçkilər var. Fərdlərin burada rolu sıfıra bərabərdir.
Sual: Milli Şura ilə bağlı mövqeyiniz necədir. O Azərbaycanda seçkilərin azad, ədalətli və demokratik keçirilməsinə təsir edə bilirmi?
Bunlar vaxtı ilə Demokratik Respublikanın yaratdığı Milli Şura adını belə desək, korladılar, hörmətdən saldılar
Müsavat Partiyası istəyir ki, öz namizədi olsun və açıq deməsələr də Milli Şuranın vahid namizədinin Müsavat Partiyasının namizədi olması ilə bağlı informasiyalar cəmiyyətə çatdırılır. AXCP tərəfindən bu işdə Müsavatın pozuculuğu ilə bağlı fikirlər deyilir, onların funksionerləri, sədr müavinləri müxalifətin birliyinin parçalanmasında Müsavatı ittiham edirlər. Müsavat AXCP sədri Əli Kərimlinin namizəd ola bilməsi potensialının olmamasını ortaya ataraq onu seçki prosesini pozmaqda, boykota çağırmaqda ittiham edir. Yəni Əli Kərimlinin heç bir potensialı yoxdur, o namizəd ola bilmədiyi üçün seçkiləri boykota çağırır.
Bu insanlar ayrı-ayrılıqda üzdə bir yerdə yığışsalar da qarşılıqlı ittihamlar onların mərkəzlərindən idarə olunur. Bunlar vaxtı ilə Demokratik Respublikanın yaratdığı Milli Şura adını belə desək, korladılar, hörmətdən saldılar. Milli Şura millətin taleyüklü məsələlərini ortaya çıxarıb həll edən bir qurum ola bilərdi. Ora toplaşanların buna nə potensialı var, nə imkanları var, nə marağı var, nə də xalqın xeyrinə xidmət edən insanlardır. Bu baxımdan Milli Şura ölü doğulmuş bir uşaq idi və qısa vaxtda da artıq onun fatihəsi verilib.
Sadəcə olaraq bir qrup gəncləri tovlayıb yoldan çıxarmaq istəyirlər. Hesab edirəm ki, onlar ədalətli addım atmaq istəyirlərsə özləri gedib, bütün yerləri yeni düşüncəli, yeni düşüncə tərzində olan gənclərə, yeni insanlara verməlidirlər. Özləri isə əgər ixtisasları varsa, çoxlarının orada ixtisası yoxdur, -siyasəti iş yeri, gəlir mənbəyi kimi seçiblər, - çalışıb sahələrində uğur qazanmağa nail olmalıdırlar.
Sual: Amma Milli Şura deyir ki, biz iqtidar partiyasına və onun namizədinə qalib gələcəyik?
O onların xülyasıdır, yaxud yaxşı yatsalar görə biləcəkləri yuxudur. Əgər yaxşı yatsalar..
Sual: Bir sıra politoloqlar bildirir ki, Azərbaycanın müstəqillik dövründə ilk dəfə olaraq Rusiya Azərbaycanın daxili siyasətinə qarışmağa cəhd edir. Milyarderlər İttifaqı yarandı, Rusiyadakı diaspor təşkilatları vasitəsi ilə Azərbaycanın daxili siyasəti tənqid olundu. Amma, Vladimir Putinin Azərbaycana səfərindən sonra bu tənqidlər sanki sıfıra enib. Səbəbi?
Azərbaycanla Rusiya arasında hər hansı bir problem yoxdur. Rusiya da Azərbaycanın daxili işlərinə qarışmır.