Sərhədsiz Reportyorlar: Hilal Məmmədov, Əvəz Zeynallı, Vüqar Qonaqov və Zaur Quliyev həbsdən mümkün qədər tez buraxılmalıdır

Sərhədsiz Reportyorlar

Hüquq müdafiə təşkilatı Azərbaycanda jurnalistlərin əsassız həbsindən narahatdır
Azərbaycanda əsassız olaraq həbs edilmiş jurnalistlərdən dördü məhkəmə qarşısında dayanıb. Onlar Hilal Məmmədov, Vüqar Qonaqov, Zaur Quliyev və Əvəz Zeynallıdır. Sonuncunun məhkəməsi neçə aydır ki, davam edir.

“Hilal Məmmədovla bağlı hakimiyyət növbəti dəfə hüquq-müdafiə fəaliyyətinə hücumu məqsəd seçib”, - “Sərhədsiz reportyorlar” təşkilatının baş katibi Kristof Delor bildirib.

“Xəyal” TV kanalının jurnalistləri başqalarının güdazına gedib. Həmkarlarımızın həbsdə saxlanmasının heç bir əsası yoxdur. Onların uzun zamandır həbsdə olmasına baxmayaraq, istintaq onlara qarşı absurd və ziddiyyətli ittihamları saxlamaq üçün kifayət qədər sübut toplaya bilməyib. Bu jurnalistlər öz işlərini yerinə yetirdiklərinə görə cinayət təqibinə məruz qalırlar”, - Delor vurğulayıb.

O, öz işini icra edən “Xəyal” TV rəhbərliyinə qarşı ittihamları “şok” adlandırıb. Onların üzərinə iğtişaşlarla bağlı məsuliyyətin qoyulması absurddur.

“Hilal Məmmədov, Əvəz Zeynallı, Vüqar Qonaqov və Zaur Quliyev mümkün qədər tez buraxılmalıdır, həbsdə olduqları müddətə və amansız rəftara görə kompensasiya almalıdırlar”, - Delor bildirib.

“Biz həmin dörd jurnalistin saxlanma şəraiti ilə bağlı dərin narahatlığımızı bildiririk”, - təşkilatın rəhbəri vurğulayıb.

O, həbsxana adminstrasiyasını həmin şəxslərin taleyinə görə öz məsuliyyətini xatırlamağa çağırıb.