Turan Agentliyinin redaktorunun Amerikanın Səsinə müsahibəsi
Turan İnformasiya Agentliyinin siyasi redaksiyasının redaktoru Şahin Hacıyev Amerikanın Səsinə müsahibəsində Ukrayna-Rusiya münasibətləri, qərb dövlətlərinin Rusiyaya qarşı mövqeyi və Krımda keçirilən referendumdan danışıb.
O bildirib ki, Ukraynada baş verən hadisələr Ukrayna-Rusiya münasibətləri ilə məhdudlaşmır. “Bu hadisələr beynəlxalq arenada çox böyük dəyişikliklərə səbəb olacaq. Hadisələr Rusyaya və onun beynəlxalq mövqeyinə çox ciddi zərbə vurub”.
Ekspertin fikrincə, Rusiya dünya icitimaiyyətinə meydan oxumaq strateji xəttini seçib. “Bu xətt çox ciddi qarşıdurma yaradıb və nəticələri hələ tam aydın deyil”.
Hacıyev bildirib ki, Krımda keçirilən referendum Rusiya ilə qərb münasibətlərinin razılaşdırılmış qaydalarla idarə olunmadığını göstərdi. “Kreml göstərdi ki, qərb tərəfindən tamamilə qəbuledilməz yolla hərəkət edir. Bu dünyada qəbul edilmiş oyun qaydalarının pozulmasıdır”.
Ekspert hesab edir ki, Rusiyanın hərəkətlərinin vaxtında qarşısı alınmazsa sabah Dnestrdə, Estoniyada və s. rusları qorumaq adı ilə eyni addımıları ata bilər. “Rusiyanın hərəkətlərinin nə olduğunu qərb dərk edir. Lakin buna qarşı hansı tədbirlər görüləcəyi hələ aydın deyil”.
Redaktor Rusiya-GUAM münasibətlərində indiyədək elə bir ciddi addımın diqqəti cəlb etmədiyini bildirib. “Rusiyanın atdığı addım göstərir ki, artıq bu dövlət üçün ərazi bütövlüyü məsələsi arxa plana keçib. Bu isə nəinki GUAM-Rusiya, eyni zamanda dünyada demək olar ki, bütün dövlətlərlə münasibətləri korlayacaq. Dünyada bütün dövlətlərin, o cümlədən Çin kimi böyük dövlətlərin ərazi bütövlüyü problemi var”.
Onun fikrincə, ərazi bütövlüyü məsələsi Rusiya üçün də çox xarakterikdir. “Çünki bu dövlət Çeçenistanda apardığı müharibəni öz ərazi bütövlüyü ilə izah edirdi. Bu gün Rusiya dünənki prinsipinə qarşı çıxır. Bu isə Kremldə oturanların hətta Rusiya üçün nə qədər təhlükəli oyun oynadığını gösətərir. Belə hökumət bütün qonşular üçün çox böyük təhlükədir”.
Bu hadisələr beynəlxalq arenada çox böyük dəyişikliklərə səbəb olacaq.
Ekspertin fikrincə, Rusiya dünya icitimaiyyətinə meydan oxumaq strateji xəttini seçib. “Bu xətt çox ciddi qarşıdurma yaradıb və nəticələri hələ tam aydın deyil”.
Hacıyev bildirib ki, Krımda keçirilən referendum Rusiya ilə qərb münasibətlərinin razılaşdırılmış qaydalarla idarə olunmadığını göstərdi. “Kreml göstərdi ki, qərb tərəfindən tamamilə qəbuledilməz yolla hərəkət edir. Bu dünyada qəbul edilmiş oyun qaydalarının pozulmasıdır”.
Rusiyanın hərəkətlərinin nə olduğunu qərb dərk edir. Lakin buna qarşı hansı tədbirlər görüləcəyi hələ aydın deyil.