Accessibility links

ABŞ-la Rusiya Krımla bağlı razılığa gəldi


Ukraine
Ukraine

Rusiya Xarici İşlər Nazirliynin məlumatına görə, ABŞ dövlət katibi Con Kerri və onun rusiyalı həmkarı Sergey Lavrov bu gün razılığa gəlib ki, Ukraynadakı böhranı konstitusional islahatlar aparmaqla həll etsinlər. Bu islahatlara hakimiyyətin bölüşdürülməsi və desentralizasiya (mərkəzi hökumətin səlahiyyətlərin bölüşdürülməsi) daxildir.

Reuters xəbər agentliynin məlumatına görə, Ukrayna baş naziri Arseni Yatsenyuk Krımda seperatizmi təbliğ edənlərin tqib ediləcəyinə söz verib. O deyib ki, Ukrayna ölkənin müstəqilliyini məhv etməyə çalışan separatçı liderləri tapacaq.

Bununla yanaşı Ukraynanın müvəqqəti müdafiə naziri jurnalistlərə açıqlamasında deyib ki, Ukrayna və Rusiya Müdafiə Nazirlikləri martın 21-də Krıma dair saziş imzalamaq barədə razılığa gəlib.

Bu gün Krımda Ukraynadan ayrılaraq Rusiyanın tərkib hissəsi olmağa dair referendum keçirilib.

Səsvermədən bir gün öncə isə Rusiya BMT Təhlükəsizlik Şurasının dünya ölkələrini referendumun nəticəsini tanımamağa çağıran qətnaməsinə veto qoyub. Nəticələri əvvəlcədən ehtimal olunan referendumdan sonra regionun Rusiyay birləşəcəyi təxmin edilir.

Rusiya Təhlükəsizlik Şurasında qətnaməyə veto qoyan yeganə ölkə olub. Çinin bitərəflik nümayiş etdirdiyi səsvermədə digər 13 üzv ölkə isə qətnamənin lehinə səs verib.

Qətnamədə Ukraynanın ərazi bütövlüyünə dəstək və Krımda referendumun etibarlı sayılmayacağı bildirilir.

Çinin Rusiyanın ardınca qətnaməyə veto qoymaması Moskvanın Krımda referendum məsələsində daha da təcrid edildiyini göstərir. Səsvermədən sonra Çinin BMT-dəki səfir öz ölkəsinin mövqeyini şərh edərək, bu məqamda Təhlükəsizlik Şurasında qətnamənin hazırlanıb səsə qoyulmasının qarşıdurmaya gətirib çıxara və vəziyyəti daha da mürəkkəbləşdirə biləcəyini deyib.

Səsvermədən sonra ABŞ-ın BMT-dəki səfiri Samanta Pover Rusiyanın “təhlükəli hərəkətlərinə yekdil müxaliflik” olduğunu deyib. O, qətnamənin qəbul edilməməsinin təəssüf doğurdunu deyib.
XS
SM
MD
LG