Accessibility links

ABŞ: Biz heç zaman Krım referendumunu tanımayacağıq!


Ağ Ev
Ağ Ev
ABŞ prezidenti Barak Obama rusiyalı həmkarı Vladimir Putinə bildirib ki, Vaşinqton və onun Avropa tərəfdaşları Ukraynanın Krım vilayətində separatçı referendumu himayə etdiyinə görə Moskvaya qarşı əlavə sanksiyalar tətbiq etməyə hazırdır.

Ağ Ev Bazar günü keçirilən referendumu qeyri-qanuni adlandırıb və onun Ukrayna konstitutsiyasına zidd olduğunu bəyan edib. Vaşinqton səsvermənin heç zaman ABŞ və beynəlxalq birlik tərəfindən tanınmayacağını bildirib.

Bu arada Krımdakı seçki rəsmiləri səs verənlərin 95 faizinin Ukraynadan ayrılmağa tərəfdar olduqlarını və Rusiyaya birləşməyə səs verdiklərini xəbər verir. Bu məlumat səslərin yarısının sayıldığı vaxt yenilənib. Referendumda 75-80 faiz adamın işitrak etdiyi bildirilir.

Krımın Moskvapərəst lideri Sergey Aksyonov rəhbərlik etdiyi hökumətin bazar ertəsi rəsmən Rusiya Federasiyasına daxil olmaq üçün müraciət edəcəyini bəyan edib.

Kiyevdə çıxış edən Ukrayna baş naziri Arseniy Yatsenyuk Moskvanın himayə etdiyi Krım referendumunu “sirk şousu” adlandırıb və səsvermənin Rusiya süngüsü altında keçirildiyini deyib.
XS
SM
MD
LG