Şahin Hacıyev: Axşam bazarıdır... nə strategiya, nə də taktika var [Audio-Müsahibə]

Turan İnformasiya Agentliyinin siyasət redaksiyasının redaktoru Şahin Hacıyev

Turan agentliyinin siyasət redaksiyasının redaktoru Şahin Hacıyevin Amerikanın Səsinə müsahibəsi: “Ən mənfi, ən pis budur ki, biz islahatlar deyil, oturub inqilab gözləyirik. Çox təəssüf”
Turan İnformasiya Agentliyinin siyasət redaksiyasının redaktoru Şahin Hacıyev Amerikanın Səsinə müsahibəsində ölkədə mövcud ictimai-siyasi durumdan danışıb. O ictimai-siyasi durumu acınacaqlı qiymətləndirir.

Your browser doesn’t support HTML5

Şahin Hcıyevlə müsahibə


Sual: Azərbaycanda hazırki ictimai-siyasi durumu necə qiymətləndirirsiniz?

Təxminən bir neçə il qabaq bu cür vəziyyət yalnız Naxçıvanda var idi. İndi isə bütövlüklə Azərbaycandadır.
Cavab: Qısa desək, vəziyyət acınacaqlıdır. Əsasən də əvvəlki seçkilərlə müqayisədə vətəndaş cəmiyyətinə ciddi təzyiqlər və hücumlar var. Bu tipli vəziyyət indiyənəcən heç vaxt olmamışdı. Bir neçə ictimai təşkilat bağlanıb, açıq-aşkar təqib edilir, onların ofislərindən çıxarılıb, yəni bu formada təzyiq heç zaman olmamışdı.

Ondan əlavə mətbuata və jurnalistlərə qarşı olan basqılar. Hazırda Azərbaycanın hansısa bir rayonuna gedib jurnalist kimi işləmək qeyri-mümkündür. Jurnalist hansısa rayonda əlində fotoaparat görünürsə polis və ya icra hakimiyyətinin nümayəndəsi gəlib deyir ki, sən kimsən?, buraya niyə gəlibsən?, işləmək üçün gərək icazə alasan?, sənə kim icazə verib?

Belə getsə yeni təzyiqlər, yeni həbslər, yeni məhdudiyyətlər hələ irəlidə bizi gözləyir.
Təxminən bir neçə il qabaq bu cür vəziyyət yalnız Naxçıvanda var idi. İndi isə bütövlüklə Azərbaycandadır. Bu onu sübut edir ki, iqtidar nə qədər mümkündür basqılardan istifadə edir və bundan çəkinmir. Bu çox pisdir, gələcək seçkilər zamanı cəmiyyətin, demokratik qüvvələrin hansı basqılarla üzləşəcəyinə işarə edir. Çox güman ki, belə getsə yeni təzyiqlər, yeni həbslər, yeni məhdudiyyətlər hələ irəlidə bizi gözləyir.

Sual: Hakimiyyətin və iqtidarın siyasətinin ciddi tənqidləri də var. Müxalifət, ictimai təşkilatlar, o cümlədən cəmiyyətdən ciddi əks reaksiyalar gəlir. Hökumətin buna reaksiyası qənaətedicidirmi, müsbət addımlar atılırmı?

Ərəb inqilabının küləyi bir balaca Azərbaycana çatmaqla iqtidar nə qədər qorxmuşdu.
Cavab: Yox, atılmır. Hakimiyyətin, iqtidarın siyasəti belə çox kortəbiidir. Bunlara elə gəlir ki, problem baş verirsə, narazılıq olursa qüvvə ilə susdururlarsa, bununla da məsələ çıxıb-gedir. Lakin bir müddətdən sonra yenidən hüquq pozuntuları, təzyiqlər təkrar edilir. Bunlara elə gəlir ki, bu yolla ölkəni sonadək idarə edə biləcəklər.

Ciddi hadisə baş verəndə, məsələ Qubada, İsmayıllıda, Binədəki iğtişaşlar, hiss olunur ki, iqtidar özünü nə qədər itirir və qorxur. Misal üçün, Bakıda bir il öncəki mitinqləri yada salsaq görərik ki, ərəb inqilabının küləyi bir balaca Azərbaycana çatmaqla iqtidar nə qədər qorxmuşdu. Birbaşa göstəriş vermişdilər ki, dövlət qurumları heç kimdən rüşvət almasın. Bu iqtidarın vəziyyətini göstərir. Bunların iş
İqtidarın nə strategiyası var, nə taktikası var, nə bir düşüncəsi, nə bir təsəvvürü var.
üslubunu, səviyyəsini göstərir. Qorxu belə idi ki, Bakıda camaat ayağa qalxmasın, nəyi isə tələb etməsin. İki-üç ay keçdi, gördülər ki, proseslər artmır, yenə də rüşvətlər qayıtdı yerinə. Bax bu onu göstərir ki, iqtidarın nə strategiyası var, nə taktikası var, nə bir düşüncəsi, nə bir təsəvvürü var. Bir sözlə axşam bazarıdır, nə qədər bacarırlar işlədəcəklər bu ölkəni.

Sual: Azərbaycanda bu il prezident seçkiləri keçiriləcək. İctimai-siyasi durumun sonrakı inkişafını necə görürsünüz? Gərginləşmə davam edəcək, yoxsa liberallaşma olacaq?

İqtidarın əsas siyasəti görüntü yaratmaqdır.
Cavab: Teatr davan edəcək, baş rollarda da Əli Həsənov və Hacıbala Abutalıbovdur. İqtidarın əsas siyasəti görüntü yaratmaqdır. İslahat görüntüsü, demokratiya görüntüsü, seçki görüntüsü, yəni nə qədər mümkündür bunu davam etdirəcəklər.

Onlara elə gəlir ki, neftin, qazın, qərbin İrandakı, Əfqanıstandakı maraqları hesabına, bununla alver edib, istifadə edib ölkədə bu cür idarəetməni davam etdirmək olar. Amma, ərəb inqilabları, hətta Avropadakı gərginliklər onu göstərir ki, sosial partlayışları, hətta Azərbaycanda da, proqnozlaşdırmaq çox çətindir. Nə qədər danışılsa da, deyilsə də heç kim gözləmirdi ki, Quba kimi yerdə və ya
Hər hansı xırda bir qığılcımın çox ciddi fəsadları olur. Bu göstərir ki, hər an dəyişmə baş verə bilər
İsmayıllıda o cür partlayış baş verə bilər. Hər hansı xırda bir qığılcımın çox ciddi fəsadları olur. Bu göstərir ki, hər an dəyişmə baş verə bilər. Ona görə heç kim seçkidən öncə və ya sonra nə olacağını deyə bilməz. Sadəcə bütün bunlar üçün zəmin var. Ən mənfi, ən pis budur ki, biz islahatlar deyil, oturub inqilab gözləyirik. Çox təəssüf.

Sual: Beynəlxalq təşkilatların Azərbaycanda mövcud durumu və müxalifətin durumu prezident seçkilərində vəziyyətin müxalifətin xeyrinə dəyişməsinə təkan verə bilərmi?

O ki, qaldı beynəlxalq təşkilatlara, onlar iqtidarın təzyiqi altına düşüb.
Cavab: Azərbaycanın daxili vəziyyəti daha çox geopolitik vəziyyətdən asılıdır. Böyük dövlətlərdən, ilk növbədə qərbdən, Amerikadan, Rusiyadan. Yəni Azərbaycana təsir qüvvəsi ilk növbədə kənardandır, nəinki daxildən. Çünki daxildə hər şey iqtidar tərəfindən idarə edilir. Qonşu ölkələrdə, məsələ İran kimi dövlətdə vəziyyət dəyişərsə mütləq Azərbaycana təsirləri olacaq.

O ki, qaldı beynəlxalq təşkilatlara, onlar iqtidarın təzyiqi altına düşüb. Bu da yeni bir faktdır ki, indiyəcən bu cür təzyiqlər qeyri-rəsmi və ya bağlı qapı arxasında deyilən işlər idi. Biz Wikileaks-ın materiallarından bilirik ki, Amerika qeyri hökumət təşkilatlarının Azərbaycanda fəaliyyəti iqtidarı nə qədər narazı salırdı. Lakin indi bunlar açıq-aşkar deyilir və hətta onları Azərbaycanın daxili işlərinə
İqtidar hesab edir ki, oyunun qaydalarını özü istədiyi formada müəyyən edə biləcək.
qarışmaqda təqsirləndirirlər. Bu göstərir ki, haradasa oyunun qaydaları dəyişib, və ya Azərbaycan iqtidarı bu oyunun qaydalarını özü müəyyən etmək istəyir. Həm də iqtidar hesab edir ki, oyunun qaydalarını özü istədiyi formada müəyyən edə biləcək. Bu da çox təhlükəli və gözlənilməz bir oyundur. Bunun da fəsadlarının nə olacağını demək çətindir. Amma birmənalı demək olar ki, heç də müsbət olmayacaq.