Accessibility links

Şahin Hacıyev: Rusiyanın Azərbaycana qarşı siyasəti dəyişməyəcək


Turan Agentliyinin redaktoru Amerikanın Səsi radiosuna müsahibəsində Putinin yeni prezidentliyi dövründə Azərbaycan-Rusiya münasibətləri, Rusiyanın regional siyasətində baş verəcək yeniliklərdən danışıb.

Turan Agentliyinin Siyasət redaksiyasının redaktoru Şahin Hacıyev Amerikanın Səsi radiosuna müsahibəsində Vladimir Putinin yeni prezidentliyi dövründə Azərbaycan-Rusiya münasibətləri, Rusiyanın regional siyasətində baş verəcək yeniliklərdən danışıb.

Onun fikrincə, Vladimir Putin prezident seçildikdən sonra Rusiyanın Azərbaycana qarşı siyasətində köklü dəyişiklik olmayacaq. “Çünki Dmitri Medvedevin prezidentliyi dövründə də ölkənin siyasi kursunu Vladimir Putin müəyyən edib”.

Cənab Hacıyev eyni zamanda hesab edir ki, Azərbaycana qarşı münasibət bir qədər sərtləşəcək. “Bu da V.Putinin xasiyyətinin D.Medvedevə nisbətən sərt olması ilə bağlıdır”.

O Medvedevin prezidentliyi dövrünə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş qeydə alınmadığını deyib. “Əslində Medvedev vasitəçilik missiyasını fəallaşdırmaqla münaqişənin nizamlanmasında Rusiyanın maraqlı olduğunu nümayiş etdirirdi. Amma, bu cəhdlər aldadıcı xarakterlidir və Rusiya Ermənistanı müdafiə edir. Çünki, müharibənin başlanması Rusiyanın regional maraqlarına uyğun deyil”.

Cənab Hacıyev həmçinin Putinin siyasətinin NATO-nun genişlənməsi, qərbin transmilli layihələrinin qarşısının alınmasına, o cümlədən internet və sosial şəbəkələrin məhdudlaşdırılmasına yönələcəyini fikirləşir.

XS
SM
MD
LG