ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb
ABŞ-ın Azərbaycandakı səfirliyi Şahdəniz layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişi imzalanması ilə bağlı məlumat yayıb.
Məlumatda deyilir ki, Amerika Birləşmiş Ştatları Azərbaycan hökumətini və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Şahdəniz konsorsiumunun özəl pay sahibləri və Cənub qaz dəhlizi boyunca yerləşən bütün ölkələr də daxil olmaqla digər iştirakçı tərəfləri “Şahdəniz” layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişinin imzalanmasıın uğurla başa çatması münasibətilə təbrik edir.
“Bu saziş və nəzərdə tutulmuş boru xətləri Türkiyə, Cənubi Avropa, Balkanlar və Avropanın digər ölkələrinin enerji təhlükəsizliyinin təminatı üçün çox faydalı olacaqdır. Xəzər qazını beynəlxalq bazarlara çıxararaq, bu layihə davamlı iqtisadi artım üçün önəmli olan qlobal enerji ehtiyacının ödənilməsinə töhfə verəcək.
Mən fəxr edirəm ki, bir neçə il ərzində bu layihədə iştirak etmişəm və bu günkü tarixi sazişin imzalanmasının şahidi olmuşam”, deyə səfirliyin məlumatında qeyd edilir.
Dekabrın 17-də Bakıda “Şahdəniz” layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişinin imzalanması mərasimi keçirilib.
Sənədi Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell imzalayıb.
Mərasim çərçivəsində “Cənubi qaz dəhlizi” barədə memorandum da imzalanıb.
Memorandumu Albaniya, Xorvatiya və Çernoqoriyanın iqtisadiyyat nazirləri, Azərbaycan tərəfindən isə energetika naziri Natiq Əliyev imzalayıb.
Mərasimdə Monteneqro prezidenti, Albaniya, Bolqarıstan, Gürcüstan və Xorvatiyanın baş nazirləri, Böyük Britaniyanın və Italiyanın xarici işlər naziri, Avropa Birliyinin enerji üzrə komissarı və bir çox hökumətlərdən nümayəndə heyətləri iştirak edib.