Sadiq İsabəyli: Bəzi Güney Azərbaycan təşkilatlarının yetərli kadrları yoxdur

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) təşkilatının nümayəndəsi Sadiq İsabəyli Amerikanın Səsi ilə söhbətdə deyir ki, “Milli Hərəkatda təşkilatlar arası iş birliyinin zərurəti artıq meydandadır.”

Your browser doesn’t support HTML5

Sadiq İsabəyli

O hesab edir ki, “belə bir iş birliyi və əməkdaşlıqda iştirak edən təşkilatlar özləri də güclü olmalı və güclü kadrlara sahib olmalıdırlar.”

GAMAC Güney Azərbaycan coğrafiyasında milli-demokratik bir dövlətin qurulmasını əsas məqsəd kimi görür. Buna uyğun olaraq da, milli müqəddəratını təyin etmə haqqını rəsmiyyətə tanıyır.


“Təşkilatlar arası iş birliyinin zərurəti meydandadır. Sadəcə bu iş birliyinin qurulması və formalaşması bir sıra prinsiplər, əsaslar və qaydalar üzrəində olmalı ki, o qaydalar artıq hərkəsə və ya o iş birliyində iştirak edən qurumlara aydın olsun. Anlaşılmaz sözlərlə və ya ümumi şüarlarla biz bu iş birliyini həyata keçirməkdə uğurla ola bilmərik,” siyasi fəal söyləyir.

Sadiq İsabəylinin sözlərinə görə, “əldə edilən təcrübələr və illərlə yürüdülən fəaliyyətlər göstərir ki, Güney Azərbaycanla bağlı qurulan təşkilatların siyasi platforması güneyin reallıqlarına uyğun olaraq formalaşdırılmalı, kadrlaşmalı və üzvlərinin sayı çoxalmalıdır ki, o əsasda özünə bir təşkilat adı versin.”

GAMAC-ın idarə heyətinin üzvü yetərli kadrlara sahib olmayan təşkilatlar ilə əməldaşlıq və birgə fəaliyyətlər yürütməyin mümkün olmayacağını vurğulayır:

SEE ALSO: Babək Çələbiyanlı: “Güney təşkilatlarının yarısının aktiv fəaliyyəti yoxdur”

“Əgər qərar olsa ki, sadəcə təşkilat quraq və onun üzvləri olmaya və ya çox az, barmaq sayında üzvü ola və biz ona gerçəkdən də bir təşkilat adı qoyaq, sonra da onun üzrəindən milli hərəkatda iddia irəli sürək ki, bu qədər təşkilatımız var, bu, milli hərəkatımızın reallığını əks etdirmir.”

İş birliyi məsələsi və təşkilatlar arası əməkdaşlıq o zaman mümkün olar ki, o təşkilatlar özləri güclü ola.

Siyasi fəal əlavə edir, “iş birliyi məsələsi və təşkilatlar arası əməkdaşlıq o zaman mümkün olur ki, o təşkilatlar özləri güclü olur. Kadrları ilə birlikdə milli hərəkatı təmsil edən gerçək bir təşkilat kimi ortaya çıxırlar. Və bəlli ortaq prinsiplər əsasında o iş birliyi formalaşır.”

Sadiq İsabəylinin dediklərinə görə, birgə fəaliyyət və əməkdaşlıq “Güney Azərbaycan Milli Hərəkatının prinsipləri əsasında və özlərini milli hərəkatın tərkib hissəsi olaraq görən təşkilatlar arasında həyata keçirilməlidir.”

SEE ALSO: Mahmud Bilgin: Güney təşkilatları arasında əməkdaşlıq artır, keçmişdə təcrübəsiz idik

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) təşkilatının nümayəndəsi əlavə edir ki, “prinsiplər əsasən milli hərəkatın prinsipləridir və hərəkatın gerçəklərinə uyğun olmalıdır. Təbii ki, bu hərəkatın tələbləri də bir millətin istəkləri və tələblərini öz içində barındırır... Məsələn GAMAC Güney Azərbaycan coğrafiyasında milli-demokratik bir dövlətin qurulmasını əsas məqsəd kimi görür. Buna uyğun olaraq da, milli müqəddəratını təyin etmə haqqını rəsmiyyətə tanıdığı üçün bunu qırmızı xətti olaraq görür.”