Sadiq İsabəyli: Milli hərəkatın nüfuzunu artıq Güney xaricində də görürük

Son vaxtlar İranda türklərə qarşı ayrıseçkilik və dil hüquqları mövzusu idman sahəsindən əlavə kino və incəsənət sahələrində də gündəmə gəlməyə başlayıb.

Your browser doesn’t support HTML5

Sadiq İsabəyli Amerikanın Səsinə danışır

Amerikanın Səsinə danışan siyasi şərhçi Sadiq İsabəylinin sözlərinə görə, hakimiyyətin basqıları artdıqca İran Azərbaycanındakı milli hərəkatın nüfuz dairəsi də fərqli sahələr və fərqli bölgələrdə genişlənməkdədir.

Görürük ki, digər türk icmaları, o cümlədən türkmənlər və Qaşqay türkləri də Güney Azərbaycanda gedən o milli hərəkata əsaslanaraq öz ictimai, iqtisadi və siyasi məsələlərini gündəmə gətirirlər.

“Güney Azərbaycanda gedən milli hərəkat artıq öz gerçək potensial gücünü real gücə çevirə bilir. Artıq istəklərini müxtəlif formalarda gündəmə gətirə bilir,” Sadiq İsabəyli ifadə edir.

O deyir ki, “rejim basqıları şiddətlə artırır. Bizim milli fəallara qarşı ağır həbs cəzaları çıxarır. Dil hüquqları istəyənlərə 5 ildən artıq həbs verir. Amma bununla yanaşı, bu həqiqəti də görürük ki, hərəkatın ortaya qoyduğu tələblər və istəklər də kütləviləşib.”

İsabəylinin fikrincə, İran Azərbaycanında əhali yaşadığı ictimai-iqtisadi problemlərin Tehran mənşəli olduğunun fərqinə varıb:

SEE ALSO: İranın Fəcr Kino Festivalında ‘türkcə film’ polemikası

“Biz indi tələblərimizin bütün sahələrdə gündəmə gəlməsini və hərəkatın haqlı yönlərinin toplumda sübuta yetirilməsini görürük. İnsanlarımız artıq bunun fərqindədirlər ki onların iqtisadi, ictima və siyasi həyatında olan boşluqlar və çatışmazlıqların hamısının kökündə Tehrandan yönləndirilən siyasət dayanır.”

İnsanlarımız fərqindədirlər ki həyatlarında olan boşluqlar və çatışmazlıqların hamısının kökündə Tehrandan yönləndirilən siyasət dayanır.

Siyasi fəal İranın digər bölgələrində yaşayan türk icmaların da güneydəki milli hərəkatdan təsir aldığını önə çəkir.

“Bu etirazın əhatə dairəsi getdikcə genişlənərək, Güney Azərbaycandan çıxır və daha uzaq bölgələrə də gedir. Hətta görürük ki, digər türk icmaları, o cümlədən türkmənlər və Qaşqay türkləri də Güney Azərbaycanda gedən o milli hərəkata əsaslanaraq öz ictimai, iqtisadi və siyasi məsələlərini gündəmə gətirirlər,” İsabəyli qeyd edir.

SEE ALSO: Bulut Ələmdar: İran hakimiyyəti türkcə kitab görməmiş bir nəsil yetişdirmək istəyir

Sadiq İsabəyli əlavə edir, “mən düşünürəm ki, Güney Azərbaycan gündəmi təkcə İran sərhədlərinin daxilində qalmayacaq. Bu tələbləri bölgə dövlətlərində, Avropada və ümumiyyətlə qlobal bazada gündəmə gətirə biləcək.”